Rusiyanın 3 helikopteri vuruldu


Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri yarım saat ərzində rus işğalçılarının üç helikopterini məhv edib.


AFN.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı bu barədə “Facebook” sosial şəbəkəsində məlumat yayıb. Helikopterlər yanvarın 24-ü gecə saatlarında vurulub.
“2023-cü il yanvarın 24-də səhər saat 00.00-dan 00.30-a qədər yarım saatlıq zenit döyüşü zamanı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin zenit-raket qoşunlarının şərq istiqamətində bölmələri Rusiyaya məxsus 3 ədəd “Ka-52” hücum helikopterini məhv edib”-məlumatda belə deyilir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu