Ukrayna İranın 500 dronunu vurub


Yeni il bayramı günlərində son kütləvi dron hücumu zamanı Ukrayna Hava Hücumundan Müdafiə qüvvələri 84 pilotsuz aparatı məhv edib. Yəni Rusiya tərəfindən buraxılan dronların 100 faizi havada vurulub. Ümumilikdə, 2022-ci ilin sentyabrından Müdafiə Qüvvələri düşmənin 500-ə yaxın pilotsuz uçuş aparatını məhv edib.


AFN.az-ın məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat ümumxalq telemarafonunun efirində belə deyib.
O əlavə edib ki, Rusiya Federasiyası dronların növbəti partiyasını İrandan gətirə bilər. Lakin Ukrayna Rusiyanın yeni kütləvi hücumlarına hazırlaşır. İqnat semtyabr ayının 11-dən bəri Ukrayna yarım min İran dronunu məhv edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu