Ukrayna son sutkada Rusiyanın 19 PUA və 5 zərbə helikopterini məhv edib


Ukrayna Hərbi Hava Qüvvələri və zenit-raket bölmələri son sutkada Rusiyanın 5 ədəd Ka-52 hücum helikopterini İran istehsalı olan 17 ədəd “Shahed-136” PUA-nı və 2 ədəd “Zala Lansent” PUA-nı məhv edib.



AFN Ukrayna KİV-ə istinadən xəbər verir ki, məlumatı Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri yayıb.

Məlumata görə, Ukrayna Hərbi Hava Qüvvələrinin aviasiyası Rusiyanın hava hücumundan müdafiə vasitələrinə, tağım və rotasiya mövqelərinə, maddi-texniki təchizatına, yanacaq-sürtkü materialları və döyüş sursatlarının səhra anbarlarına, eləcə də canlı qüvvəsinə zərbələr endirməklə müxtəlif istiqamətlərdə bölmələrin hücum hərəkətlərinə dəstək verməyə davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu