Rusiya MN: Ukrayna Donetsk istiqamətində böyük itkiyə uğrayıb
Ukrayna Silahlı Qüvvələri Donetsk istiqamətində Rusiya Silahlı Qüvvələrinə hücum etmək istəyərkən 110-a qədər döyüşçünü itirib.
Rusiya qoşunları aviasiya və artilleriya vasitələrinin dəstəyi ilə Ukrayna Silahlı Qüvvələrinin hücum qruplarının Donetsk istiqamətində hücum cəhdini dəf edib. AFN.az xəbər verir ki, bu barərə “RİA Novosti” məlumat yayıb.
Nəşrin xəbərinə görə, Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi, Rusiya Silahlı Qüvvələrinin “Cənub” qrupunun mətbuat mərkəzinin rəhbəri Vadim Astafiyev nəticədə 110-a qədər düşmən döyüşçüsünün məhv edildiyini bildirib.
“Yakovlevka, Kleşçeevka və Kurdyumovka ərazilərində düşmənin hərbi texnikası və şəxsi heyətinin cəmləşdiyi ərazilərə yanğından zərər dəyib. Düşmən 110-a qədər hərbçisini itirib”, - Astafiyev bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinə hücum etmək istəyərkən onlar hərbi texnikada da itki veriblər, iki zirehli texnika, 122 mm-lik D-30 haubitsa, Amerikanın 155 mm-lik M777 haubitsa, 82 və 120 kalibrli silahları da itirilib.
"Rusiyanın hava hücumundan müdafiə sistemləri Donetsk Xalq Respublikasının (DXR) Zolotarevka, Nyrkovo və Troitski yaxınlığında R18, FPV və Valkyrie pilotsuz təyyarələrini məhv edə bilib" - deyə mətbuat katibi qeyd edib.