Ukrayna ordusu Bahmut istiqamətində 1 km-dən çox irəliləyib

Ukrayna Silahlı Qüvvələrinin Şərq qüvvələrinin sözçüsü Sergey Çerevatıy bildirib ki, Ukrayna ordusu Bahmut istiqamətində 1400 metr irəliləyib.
Ukrayna ordusunun Bəhmut istiqamətində irəlilədiyini bildirən Cerevatıy, “Son günlərdə cəbhə xəttinin müxtəlif yerlərində 1400 metrə qədər irəliləməyi bacardıq. Düşmən fəal müdafiə edir və qoşunlarımızı vurur” ifadələrini işlədib.
Son sutka ərzində Bahmut istiqamətində 6 toqquşma yaşandığını qeyd edən Çerevatıy, rusların Ukrayna əsgərlərinə qarşı 330 top və 8 hava hücumu təşkil etdiyini bildirib.