Rusiyanın iki sursat anbarı məhv edildi


Ukrayna ordusu Baxmut şəhəri istiqamıtində yerləşən Avdeyevka və Limanskidə iki sursat anbarını məhv edib.


AFN.az-ın məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı açıqlama verib.
“Raket qoşunlarımız və artilleriyamız müxtəlif hədəfləri vurub: bunlar, ilk növbədə, düşmənin daha çox cəmləşdiyi yerlər, şəxsi heyəti, bu dəfə olduğu kimi, texnikası, eləcə də silah və sursat, yanacaq və sürtkü materialları olan anbarlardır. Bu gün Baxmut istiqamətində iki sursat anbarı, biri Avdeevkada və biri Limanskidə məhv edilib"-Çerevatıy belə deyib.
O əlavə edib ki, əslində, HIMARS və MLRS kimi dəqiqliklə idarə olunan silah sistemləri gündəlik olaraq düşmən hədəflərini məhv edir və unikal snayper dəqiqliyinə nail olur, bunu Makivkada baş verən son hadisələr də təsdiqləyir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu