Zelenski: "Donbası və Krımı azad edəcəyik"


"Donbas Ukraynadır, Krım Ukraynadır".



AFN "RBK Ukraina"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın milli bayramı – Müstəqillik Günü ilə bağlı xalqa müraciətində deyib.

O, müharibənin Ukraynanın qələbəsi ilə bitəcəyini xatırladaraq deyib: "Biz hansı yolla olursa - olsun, Donbas və Krımı azad edəcəyik. Bizim üçün heç bir güzəşt yoxdur. Bizim üçün ölkəmiz bütöv Ukraynadır".

Zelenski çıxışında həmçinin Rusiyaya xəbərdarlıq edib. O bildirib ki, Rusiya əsgərlərinin ölməsini istəmirsə, qoşunlarını Ukrayna torpaqlarından çıxarmalıdır.

Xatırladaq ki, bu gün Ukraynanın milli bayramı – Müstəqillik Günüdür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu