Zelenski sülhün şərtini tatar dilində açıqladı


“Krımın Ukraynaya qaytarılması sülhün bərpasına imkan verəcək”.


AFN.az xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Vladimir Zelenski fevralın 26-da Rusiyanın Krımı işğalına qarşı Müqavimət Günü münasibətilə özünün “Twitter” səhifəsində yazıb. “Doqquz il əvvəl Krımda Rusiyanın təcavüzü başladı. Krımı qaytarmaqla biz sülhü bərpa edəcəyik. Bu, bizim torpağımızdır, bizim xalqımızdır, tariximizdir. Biz Ukraynanın hər bir guşəsinə Ukrayna bayrağını qaytaracağıq”, - o, ingilis dilində belə qeyd edib.
Sonra Prezident Zelenski tvitini Krım tatarlarının dilində davam etdirib: “Qırım serbest olacaq!”

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu