“Hər şey Krımdan başladı, Krımda da bitəcək...” – Zelenski Rusiyaya meydan oxudu


Ukrayna prezidenti Zelenski aylardır davam edən müharibənin hansı şəraitdə bitəcəyini açıqlayıb.



Sfera.az bildirir ki, savaşın Krımda başladığını vurğulayan Zelenski “müharibə Krımın azad edilməsi ilə də bitməlidir”, deyə söyləyib. Ukrayna lideri bu fikirləri Krımda Rusiya bazasında bir nəfərin öldüyü, 8 nəfərin yaralandığı partlayışlardan sonra verdiyi açıqlamada deyib.

Lakin çıxışında partlayışlardan bəhs etməyən Zelenski fikirlərini bu cür ifadə edib: “Krım Ukraynaya məxsusdur. Biz heç vaxt oradan əl çəkməyəcəyik. Unutmayacağıq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Krımın işğalı ilə başlayıb”.

Ölkə rəhbəri bundan əvvəl də bu mövzuda fərqli açıqlamalar verib. O, Rusiyanın ölkəni işğal etməyə başladığı fevralın 24-dən əvvəlki mövqelərinə çəkiləcəyi təqdirdə atəşkəsi qəbul edəcəklərini bildirsə də, Krımın Ukraynaya qaytarılmasını sülh şərtləri arasında sadalamayıb.

Xatırladaq ki, sülh razılaşmasının əldə olunması üçün Rusiyanın şərtləri sırasında Ukraynanın “neytral” və “qeyri-nüvə” statusuna malik olması, Rusiyanın Krım üzərində suverenliyinin, Donetsk və Luqanskdakı xalq respublikalarının statusunun tanınması yer alır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu