Rusiya-Ukrayna savaşında HƏLLEDİCİ MƏRHƏLƏ: “Ruslar Krımdan çıxacaq”


“Ukraynada davam edən müharibədə Rusiyanın əsas təminatı məhz Krımdan gəlir. Elə buna görə də Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak bir neçə gün əvvəl bildirmişdi ki, Krımı Ukraynaya birləşdirən Kerç körpüsü qanunsuz tikilib və dağıdılmalıdır”.



Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. Müsahibimiz Ukrayna rəsmilərinin son vaxtlar Qərbin silah tədarükündən gileylənmədiklərini vurğulayıb:

“Görünür, ABŞ və müttəfiqləri Kiyevə lazım olan silahları, o cümlədən uzaqmənzilli raketləri verir. Əlbəttə, həmin silahlar arasında “HIMARS” raketləri xüsusi rol oynayır. Ukrayna Prezidenti Volodimir Zelenskinin inamlı çıxışları da göstərir ki, silah tədarükündə problem yoxdur. Krımın işğaldan azad olunması Ukrayna üçün həm də psixoloji üstünlük olacaq. Rusiya tərəfi isə bundan sonra, əksinə, ruhdan düşəcək. Beləliklə, əvvəl də dediyimiz kimi, Krımın azad olunmasının strateji və psixoloji üstünlüyü var. Yarımadada partlayışların davam edəcəyi istisna deyil. Rusiya, yəqin ki, buna adekvat cavab verməyə çalışacaq”.

Ekspert qeyd edib ki, əgər Krımda oxşar hadisələr təkrarlanarsa, yaxın həftələrdə rusiyalı əhalinin tədricən oradan çıxacağı istisna deyil:


“Hərbi obyektlərin vurulması Rusiya üçün ciddi zərbədir. Yaxın gələcəkdə Kerç körpüsünün vurulması da gözləniləndir. Doğrudur, Rusiya adekvat cavab tədbirləri nəticəsində gərginlik arta bilər. Amma fikrimcə, artıq həlledici mərhələ başlayacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu