Amerikalı generaldan şok açıqlama - Krım uğrunda böyük müharibə başlanır
ABŞ-ın Avropadakı ordusunun rəhbəri general Ben Hoces “Current Time” qəzetinə müsahibəsində Putinin nüvə silahından istifadə etməyəcəyini və Qərbin təhlükəni şişirtdiyini bildirib.
Onun sözlərinə görə, Ukraynanın yayın sonuna qədər Krımı azad edəcəyi istisa olunmur. “Ağ Ev isə deyir ki, artıq Ukrayna qüvvələrinin Krımda Rusiya hədəflərini atəşə tutmasına qarşı deyil”-general Hoces belə deyib.
“Mən əminəm ki, Krım müharibənin başa çatmasında həlledici rol oynayacaq. Ukrayna Donbası, Donetski, Luqanskı, hər şeyi qaytaracaq. Amma Rusiya Krımda qalsa, danışıqlar nəticəsində Rusiya üç-dörd il gözləyə və Qərbin Ukraynaya marağının zəifləyəməsinə ümid edə bilər. Bu arada onlar çox güman ki, ordusunu yenidən toplayıb Krımdan Ukraynaya qarşı yeni hücum üçün platforma kimi istifadə edəcəklər.
Onların orada logistikası, raketləri, təyyarələri, pilotsuz təyyarələri var. Bu baxımdan, Ukrayna təhlükədə davam edəcək, Qara dəniz sahilləri təhlükəli olacaq. Məsələnin iqtisadi tərəfi də var. Rusiya Krım üzərində nəzarəti saxlasa, Ukraynanın iqtisadiyyatını normallaşdırmaq çətin olacaq. Çünki Rusiya Azov dənizinə girişi bağlayır. Bu isə o deməkdir ki, Berdyansk və Mariupol xarabalıqda qalacaq. Odessa isə Sevastopoldan 300 kilometr aralıda yerləşir. Rusiya oradakı ticarətə də nəzarət edə bilər. Hazırda limanda taxıl olan 100 gəmi Rusiya müfəttişinin təsdiqini gözləyir və dənizə çıxa bilmir. Bu səbəbdən Krım geri qaytarılmalı olacaq. Buna necə nail olmaq olar? Xəritəyə baxsanız, Rusiyanı Krımla birləşdirən iki yol var. Onlardan biri Kerç körpüsüdür. Ukraynalılar onu bir dəfə vurdular və düşünürəm ki, bu, tezliklə yenə olacaq. Krıma ikinci yol Rostov, Taqanroq, Mariupol və Melitopoldan keçir. Bu ikisi kəsilsə, Krım tələyə çevriləcək. Bundan sonra siz silahlarınızı yerə qoyub Sevastopol, Saki və Jankoydakı rus bazalarını atəşə tutmağa başlaya bilərsiniz. Rusiya bu bazalardan istifadə edə bilməyəcək. Bunu necə etmək lazımdır. Amma Ukraynaya uzaqmənzilli dəqiq silahlar verilməyincə bu plan həyata keçirilməyəcək”-amerikalı general belə deyib.
M.Vahidli