Ukrayna Prezident Ofisi: "Krım körpüsü qanunsuz tikilib, bu cür obyektlər məhv edilməlidir"


"Krımdakı partlayışlar təkrarlana bilər".



AFN UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak “The Guardian” nəşrinə müsahibəsində deyib.

“Əlbəttə, yaxın 2-3 ay ərzində bu cür hadisələr daha çox ola bilər. Bu baxımdan Rusiya Müdafiə Nazirliyinin proqnozu ilə razıyam”, - o bildirib.

Podolyak həmçinin Krım körpüsünün hədəf olduğunu söyləyib: “Bu, qanunsuz tikilib. Həmin körpü Krımda Rusiya ordusunun əsas təchizat qapısıdır. Bu cür obyektlər məhv edilməlidir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu