Zelenski: Ukraynanı Krımsız təsəvvür edə bilmərik


Ukrayna prezidenti Vladimir Zelenski son məqsədinin Rusiya tərəfindən ilhaq edilmiş Krımı xilas etmək olduğunu bəyan edib.


AFN.az xəbər verir ki, o, "Krımsız Ukraynanı düşünə bilmərik" - deyə bildirib.

Zelenski CNN-ə müsahibəsində qeyd edib ki, onlar Ukraynanın cənub və şərqindəki ərazilərini geri almağa çalışırlar və son məqsədləri 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilmiş Krımı xilas etməkdir.

Kiyevin səylərinin Ukraynanın cənub və şərqindəki torpaqların geri alınmasına yönəldiyini vurğulayan Zelenski, "Krım Rusiyanın işğalı altında olanda bunun bir mənası var: müharibə hələ bitməyib" - deyə qeyd edib.

Krımsız sülhün əldə oluna biləcəyi hər hansı ssenarinin mümkün olub-olmaması ilə bağlı suala Zelenski "O zaman qələbə olmayacaq" cavabını verib.

Ukrayna prezidenti iddia edib ki, Rusiya prezidenti Vladimir Putinin silahlı Vaqner üsyanına reaksiyası "zəif" olub və o, öz xalqına nəzarəti itirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu