Zelenski Baydenin tənqidlərinə cavab verdi


Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydenin Ukraynanın ABŞ-ın xəbərdarlıqlarına məhəl qoymaması ilə bağlı tənqidlərinə cavab verib.


Zelenski bu barədə “ZDF” nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Co Bayden daxil olmaqla, bir çox avropalı liderə Ukraynanın müharibənin başlamaması üçün Rusiyaya qarşı qabaqlayıcı sanksiyaalr tətbiq etməklə bağlı tələblərini dinləyib-dinləmədikləri ilə bağlı sual ünvanlanmalıdır.

“Avropalı liderlərin əvvəlcədən məni Ukrayna dövlətinin başçısı olaraq dinləmələri ədalətli olardı”, - deyə Zelenski söyləyib.

O vurğulayıb ki, Ukrayna Rusiyanın Qara dənizi bağlayacağını əvvəlcədən deyib.

Zelenski, həmçinin əlavə edib ki, dünya liderləri onu dinləsəydi, Ukraynanın Rusiyanın hücumunu dayandırmaq üçün daha çox şansı olardı.

Xatırladaq ki, C.Bayden bir neçə gün əvvəl bildirib ki, Zelenski ABŞ-ın Rusiyanın hücuma keçməyə hazırlaşdığına dair xəbərdarlığına məhəl qoymayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu