Bayden Zelenski ilə kənar yerdə görüşməkdən imtina edib


Ukraynaya səfəri ərəfəsində ABŞ prezidenti Co Baydenə Vladimir Zelenski ilə görüşmək üçün bir neçə variant təklif edilib.


Onların arasında Polşa-Ukrayna sərhədi (dəqiq yer göstərilməyib) və Lvov-Ukraynanın qərbində nisbətən təhlükəsiz hesab edilən şəhərdir. Bu barədə Rolling Stone- a Ağ Evin adı açıqlanmayan yüksək rütbəli məmuru məlumat verib.
"İdeyalardan biri Bayden və Zelenski arasında Polşa-Ukrayna sərhədində naməlum yerdə görüş keçirməyi nəzərdə tuturdu. Digəri isə görüşün Ukraynanın qərbində, Rusiyanın hava hücumlarına məruz qalan Lvov şəhərində keçirilməsi idi" -məlumatda belə deyilir.
Lakin sonda ABŞ rəsmisi bildirib ki, Bayden Rusiya Silahlı Qüvvələrinin ötən il genişmiqyaslı müharibənin başlanğıcında ələ keçirməyə cəhd etməsindən sonra Ukraynanın qətiyyətinin rəmzinə çevrilən bu şəhəri seçib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu