İrlandiyanın baş naziri Ukraynaya səfər edib


İrlandiyanın baş naziri Leo Varadkar Kiyevə səfər edib.


AFN.az xəbər verir ki, bu haqda Ukrayna prezidenti Vladimir Zelenski Telegram-da bildirib.

Ukrayna liderinin sözlərinə görə, o, Varadkarla mühüm danışıqlar aparacaq, onların mövzuları “təhlükəsizlik, siyasi əməkdaşlıq, Ukrayna üçün ədalət” və iki ölkə arasında iqtisadi əməkdaşlıq olacaq.

Varadkar ötən il Ukrayna münaqişəsində ölkənin neytrallıq siyasətinə mümkün yenidən baxılacağını açıqlamışdı. Onun fikrincə, ölkə Avropa İttifaqının ümumi müdafiə siyasətində daha fəal iştirak edə bilər.

Qeyd edək ki, Zelenski bir gün əvvəl Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) prezidenti Akihiko Tanaka ilə görüşüb və agentliyin Ukraynadakı fəaliyyətinin prioritet sahələrini müzakirə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu