Ukrayna taxılının ixracı məsələsinə yenidən baxılacaq


BMT-nin baş katibi Antonio Quterreş Ukraynaya səfər edib.


Quterreşin mətbuat katibi Stefan Düjarrikin sözlərinə görə, o, Kiyevə gecə saatlarında gəlib. Bu, Rusiyanın Ukraynaya hücumu başlayandan bəri Quterreşin Kiyevə üçüncü səfəridir.
Bu səfər zamanı BMT-nin baş katibi Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşərək taxıl sazişinin müddətinin uzadılmasına dair danışıqlar aparacaq.
Qeyd edək ki, Ukrayna taxılının Rusiyanın nəzarətində olan Qara dəniz vasitəsilə ixracına dair müqavilə martın 19-da başa çatır və BMT daha bu müddətin növbəti dəfə uzadılmasında israr edir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu