ABŞ dövlət katibi Blinken Kiyevə gəlib


ABŞ dövlət katibi Antoni Blinkenin Ukraynanın paytaxtı Kiyevə getdiyi bildirilir.


Amerika mətbuatının xəbərinə görə, nazir Blinken Kiyevə gəlib.

Blinkenin Ukrayna prezidenti Vladimir Zelenski və xarici işlər naziri Dmitro Kuleba ilə görüşü gözlənilir.

ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi Amerika mətbuatına bildirib ki, Blinkenin səfəri zamanı Ukraynaya 1 milyard dollardan çox yeni yardımın açıqlanması gözlənilir.

Ukrayna müharibəsi başlayandan bəri Kiyevə 4-cü səfərini edən Blinkenin burada 2 gün qalacağı bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu