KİV: Baydenin Kiyevə səfər hazırlığı təxminən bir həftə çəkib


ABŞ prezidenti Co Baydenin Kiyevə səfərinin hazırlanması təxminən bir həftə çəkib.


AFN.az xəbər verir ki, bu barədə "Politico" Ukrayna hökumətinin adını açıqlamayan nümayəndəsinə istinadən yazıb. Nəşrin həmsöhbəti qeyd edib ki, "Ukraynalılar çoxdan Baydendən onlara gəlməyi xahiş ediblər". O əlavə edib ki, Amerika liderinin səfəri Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak və Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın rabitə kanalları vasitəsilə "ən ciddi məxfilik şəraitində" hazırlanıb.

"New York Times"ın yazdığına görə, Bayden Kiyevə getməzdən əvvəl müşavirlərinə bildirib ki, müttəfiqlərini Vaşinqtonun Kiyevə yardımını davam etdirəcəyinə inandırmaq üçün Ukraynaya səfər etmək istəyir.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden bu gün günortadan sonra Kiyevə gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu