Kanadanın baş naziri Kiyevə gəlib


Kanadanın baş naziri Jastin Trudeau elan olunmamış səfər üçün şənbə günü Kiyevə gəlib.


Trüdo Ukraynaya müavini və maliyyə naziri Kristia Frilandın müşayiəti ilə gəlib.

“The Globe and Mail”in məlumatına görə, Kanadanın baş naziri bir günlük səfəri zamanı Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək. Danışıqlarda Ottavanın Kiyevə dəstəyi, eləcə də Kanadanın Ukraynanın yenidən qurulmasında potensial rolunun müzakirə olunacağı gözlənilir.

Bu, Trüdonun 2022-ci ilin fevralında Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatına başlamasından sonra Ukraynaya ikinci səfəridir. Əvvəlki səfər 2022-ci ilin mayında baş tutub



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu