Almaniyanın vitse-kansleri gözlənilməz səfərlə Kiyevə gəlib


Almaniyanın İqtisadiyyat naziri və vitse-kansler Robert Habek elan olunmamış səfərlə Kiyevə gəlib.


AFN.az Ukrayna mediasına istinadən xəbər verir ki, Habek səfərinin Almaniyanın Ukraynaya uzunmüddətli dəstək verməli olduğuna və verəcəyinə işarə olduğunu deyib. "Rusiyanın qəddar və qeyri-qanuni işğalçı müharibəsinin üçüncü ilində belə, Almaniya qətiyyətlə Ukraynanın tərəfindədir", – deyə siyasətçi Kiyevin əsas dəmir yolu vağzalında jurnalistlərə açıqlamasında qeyd edib.

Prezident Vladimir Zelenski ilə danışıqlardan əlavə, Habekin baş nazirin müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko və energetika naziri German Qaluşenko ilə görüşü planlaşdırılır.

Danışıqlarda Rusiyanın Ukraynanın enerji infrastrukturuna son hücumları müzakirə olunacaq. Habek Almaniyanın təcili yardımı necə göstərə biləcəyini həmsöhbətləri ilə müzakirə etmək istəyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu