Almaniyanın maliyyə naziri: Ukrayna bu müharibədə uduzmamalıdır


Almaniyanın maliyyə naziri Kristian Lindner Kiyevə gəlib.


AFN.az-ın xəbərinə görə, bu, onun müharibə başlayandan bəri Ukraynaya ilk səfəridir.

Siyasətçi Almaniyanın Maliyyə Nazirliyinə və hakim koalisiyaya daxil olan liberal Azad Demokrat Partiyasına rəhbərlik edir.

"BILD"-in məlumatına görə, o, Kiyevdə siyasi danışıqlar aparacaq.

"Ukrayna bu müharibəni uduzmamalıdır" - deyə Lindner açıqlamasında bildirib. "Bu, Avropanın, dünyanın nizamı və azadlığının gələcəyi ilə bağlıdır."

Nazirin sözlərinə görə, Almaniya Qərb dəyərlərini müdafiə edən Ukrayna ilə çiyin-çiyinə olmağa davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu