G20 Rusiya və Ukrayna arasında baş verənləri “müharibə” adlandıra bilməyib


Dünyanın ən böyük 20 iqtisadiyyatının maliyyə nazirləri Ukraynadakı müharibə ilə bağlı razılığa gələ bilməyiblər.


Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, bu gün nazirlər birgə kommünike olmadan Hindistanda keçiriləcək görüşləri yekunlaşdıracaqlar.

“ABŞ və onun G7 müttəfiqləri qəti şəkildə kommunikedə qonşusunun ərazisini işğal etdiyinə görə Rusiyanı birbaşa qınamağı tələb edirlər, lakin Rusiya və Çin nümayəndə heyətlərinin buna qəti şəkildə qarşı çıxıb”, - deyə mənbələr bildiriblər.

“Ev sahibi Hindistan da görüş iştirakçılarının hər hansı bir kommünikedə "müharibə" sözündən istifadə etməməsini istəyib. Hazırda G20-yə sədrlik edən Hindistan müharibədə əsasən neytral mövqe nümayiş etdirir, işğala görə Rusiyanı günahlandırmaqdan imtina edir, diplomatik həll yolu axtarır və Rusiya neftinin alışını kəskin şəkildə artırır”,-deyə gələn informasiyalarda qeyd olunub.

Fransanın maliyyə naziri Bruno Le Mer, qrupun keçən ilin noyabrında Balidə sammitində qəbul edilən bəyanatı xatırladıb. Həmin bəyanatda üzvlərin əksəriyyəti Ukraynadakı müharibəni qətiyyətlə pisləmişdi.

Le Maire cümə günü jurnalistlərə "Ya eyni dilimiz var, ya da yekun kommünikeni imzalamırıq", -deyə o, bildirib.
Almaniyanın maliyyə naziri Kristian Lindner çıxış edərək “G20”nin Rusiyanı əvvəlki kimi tənqidindən geri çəkilməməli olduğunu söyləyib.

“Bizə mütləq aydınlıq lazımdır, bu (Rusiya prezidenti Vladimir) Putinin təşəbbüsü ilə başlanmış müharibədir”, -deyə o, söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu