Hindistan "xüsusi hərbi əməliyyat" ifadəsini qəbul etmir


Hindistan hökuməti Rusiya və Çini danışıqlarda Ukraynadakı döyüşləri Kremlin dediyi kimi “xüsusi hərbi əməliyyat” deyil, müharibə adlandırmaq üçün razı salmağa çslışır.


AFN.az-ın xəbərinə görə, bu barədə "Bloomberg" məlumat yayıb.
Ötən həftə G-20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank sədrlərinin görüşündə Moskva və Pekinin mövqeləri ilə bağlı ifadəyə dair razılaşma mümkün olmayıb.
Toplantıya sədrlik edən Hindistan ümumi kommünike əvəzinə xülasə bəyanat verməyə məcbur olub.
Eyni hal 2022-ci ilin noyabrında Bali sammitində də baş verib. Bəyanatda əvvəlcə təklif edildiyi kimi “ Rusiyanın Ukraynada müharibəsi” deyil, “Ukraynada müharibə” qeyd edilib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu