Peskov Rusiyanın Çindən yardım istəməsi xəbərinə aydınlıq gətirdi


“Moskva Ukraynada xüsusi hərbi əməliyyatın həyata keçirilməsi üçün Çindən kömək istəməyib”.


Bu barədə məlumatı jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Peskov jurnalistin “Financial Times” qəzetində Rusiyanın Çindən iqtisadi və hərbi yardım istəməsi ilə bağlı yayılan məlumatın həqiqətə uyğun olub-olmamasına dair sualına “Xeyr” deyə cavab verib.

Xatırladaq ki, ABŞ mediasında Rusiyanın Ukraynadakı müharibə ilə bağlı Çindən hərbi texnika və sanksiyalara tab gətirmək üçün yardım istəməsi barədə məlumat yayılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu