NATO-nun Moskvadakı xüsusi qurumunun fəaliyyəti dayandırılacaq
![](/uploads/posts/2021-10/1634641395_nato-reu-1506545.jpg)
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bu ölkənin səkkiz diplomatının NATO-dan çıxarılmasına münasibət bildirib.
“Report" TASS-a istinadən xəbər verir ki, Peskov bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.
O bildirib ki, Rusiyanın səkkiz diplomatının NATO-dan çıxarılması ilə bağlı cavab tədbirləri kimi adevkat addımlar atılacaq.
“Dəfələrlə demişik ki, tanqonu tək oynamaq mümkün deyil və biz bunu etməyəcəyik. Buna adekvat cavab isə NATO-nun Moskvadakı hərbi əlaqə missiyasının və qurumun məlumat bürosunun işinin noyabrın birindən etibarən dayandırılmasıdır", - deyə D.Peskov əlavə edib.
Qeyd edək ki, bu günlərdə Rusiyanın səkkiz diplomatı NATO-dan çıxarılıb.