Türkiyənin İsveçin NATO üzvlüyü ilə bağlı qərarına Rusiyada reaksiya


Kremlin sözçüsü Dmitri Peskov İsveçin NATO-da iştirakı ilə bağlı qanun layihəsinin Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilməsi ilə bağlı açıqlama verib.


O, bildirib ki, bu, Türkiyənin suveren qərarıdır.

Peskov jurnalistlərə qanun layihəsinin Türkiyə Böyük Millət Məclisində qəbul edilməsi ilə bağlı sualı cavablandıraraq, İsveçin NATO-ya üzvlük protokolunun təsdiqlənməsinin məqsədəuyğun olduğunu bildirib.

Türkiyənin Şimali Atlantika Alyansının üzvü olduğunu xatırladan Peskov, "Bu, açıq bir həqiqətdir. Ankaranın bu ittifaqla bağlı öz öhdəlikləri, öz danışıqlar prosesləri var" - deyə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu