Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsi TBMM-də qəbul edilib


Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisində qəbul edilib.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində müzakirə olunaraq qəbul edilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyünə dair protokolu martın 17-də imzalayaraq Türkiyə parlamentinə təqdim edib. Eyni zamanda, sözügedən protokolun təsdiqlənməsinin uyğun olduğuna dair qanun təklifi parlamentin Xarici işlər komissiyasına həvalə edilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu