Putinlə görüşdən imtina etdi


Ənənəvi Rusiya-Hindistan sammiti bu il baş tutmayacaq. Hindistanın baş naziri Narendra Modi prezident Vladimir Putinlə dekabrda baş tutmalı olan təkbətək görüşü ləğv edib.


AFN.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi açıqlama yayıb. Agentliyin mənbələrindən birinin sözlərinə görə, Hindistanın baş nazirinin bu qərarı verməsinə səbəb Ukraynadakı müharibə, xüsusilə də Rusiyanın nüvə silahından istifadə edəcəyi ilə bağlı hədələri olub.
Rusiya-Hindistan sammiti 2000-ci illərin əvvəllərindən bəri hər il keçirilir və yalnız bir dəfə, 2020-ci ildə COVID-19 pandemiyası zamanı ləğv edilib.
M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu