Hindistan və BƏƏ arasında rupi ilə ticarət hesablaşmaları mümkün olacaq
Hindistan Birləşmiş Ərəb Əmirlikləri ilə ticarəti dollarla deyil, rupi ilə həll etməyə imkan verəcək saziş imzalayıb və bu, Hindistanın dollar konvertasiyasını aradan qaldıraraq əməliyyat xərclərini azaltmaq səylərini gücləndirib.
AFN.az "Reuters"ə istinadən xəbər verir ki, Hindistanın Baş naziri Narendra Modinin BƏƏ-yə səfəri zamanı iki ölkə sərhədlərarası pul köçürmələrini asanlaşdırmaq üçün real vaxt rejimində ödəniş kanalı yaratmaq barədə də razılığa gəliblər.
Hindistan Ehtiyat Bankının yaydığı bəyanatda deyilir: "Hər iki saziş qüsursuz transsərhəd əməliyyatlara və ödənişlərə imkan verəcək və iqtisadi əməkdaşlığı genişləndirməyə kömək edəcək".
Ötən il mərkəzi bankı rupi hesablaşmalarına keçəcəyini elan edən dünyanın üçüncü ən böyük neft idxalçısı və istehlakçısı olan Hindistan indi BƏƏ-dən nefti dollarla hesablayır.
2022-ci ilin aprelindən 2023-cü ilin martına qədər iki ölkə arasında ikitərəfli ticarət dövriyyəsi 84,5 milyard dollar təşkil edib.