Millimizin İrlandiya ilə matçının hakimləri açıqlandı


DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində millimizin İrlandiya ilə keçiriləcək matçının hakimləri müəyyənləşib.


İrlandiyanın paytaxtı Dublində baş tutacaq görüş fransadan olan hakimlər briqadasına həvalə edilib. Qarşılaşmanın baş hakimi Jerom Brisar olacaq. Ona meydanda Benjamin Pages, Benjamin Peyc və Kristof Fincin köməklik edəcək. Dördüncü hakim isə Mikael Lesaj olacaq.

Bu matçın VAR hakimi Stefan Frappart olacaq. Ona VAR otağında Mikael Berchebru yardım edəcək.

Oyun sentyabrın 4-də Dublindəki "Aviva" stadionunda Bakı vaxtilə saat 20.00-da start götürəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu