Çexiyada terror təhlükəsi: polis yüksək hazırlıq vəziyyətinə gətirilib


Çexiya polisi mümkün terror aktı ilə bağlı məlumatlara görə bazar günü gecə ictimai yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirib.


Bu barədə “İdnes” xəbər portalı mənbələrə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, vağzallarda, ictimai nəqliyyatda və ticarət mərkəzlərində təhlükəsizlik tədbirləri gücləndirilib. Polisə avtobus dayanacaqları və dəmiryol vağzallarının yaxınlığında şübhəli şəxsləri diqqətlə izləmək tapşırılıb.

Çexiya Baş nazirinin birinci müavini və daxili işlər naziri Vit Rakuşan bildirib ki, şübhəli şəxs saxlanılıb, lakin buna baxmayaraq, ehtiyat tədbiri olaraq gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Qeyd edib ki, təfərrüatlar barədə bazar ertəsi Dövlət Təhlükəsizlik Şurasının iclasından sonra ictimaiyyətə məlumat veriləcək.

Yerli media Çexiya polisinin rəhbərliyinə istinadən xəbər verir ki, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi yalnız respublikanın paytaxtı - Praqaya aiddir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu