Kallas: Ukrayna İrlandiya görüşündən konkret qərar gözləməməlidir
Ukrayna Avropa İttifaqının müdafiə nazirlərinin İrlandiyanın "Drui Qlen" kurortunda keçirilən qeyri-rəsmi görüşünün yekunlarına əsasən konkrekt nəticələr, o cümlədən HHM vasitələrinin tədarükünü gözləməməlidir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas nazirlərin görüşündə bəyan edib. Onun bəyanatı Avropa Komissiyası tərəfindən onlayn yayımlanıb.
Ukraynalı jurnalistlərin Kiyevin görüşün yekununda HHM vasitələrinin ayrılmasını gözləyib-gözləyə bilməyəcəyi ilə bağlı sualını cavablandıran Kallas deyib: "Bu, qeyri-rəsmi görüşdür, buna görə də biz bu gün heç bir konkret qərar qəbul etmirik".
