Müharibəyə başlamaq məhəbbət hekayəsi kimidir - Kaya Kallas


Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas, Aİ sammitindəki çıxışı zamanı Yaxın Şərqdəki müharibəni maraqlı bir bənzətmə ilə təsvir edib.

"Politico" nəşrinin diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Kallas bu müqayisəni Avropa İttifaqının ABŞ-a hərbi dəstək verməkdən niyə imtina etdiyini izah edərkən aparıb.

"Müharibəyə başlamaq məhəbbət hekayəsi kimidir: ona daxil olmaq asan, lakin oradan çıxmaq çox çətindir", — deyə Kallas bildirib. Nəşr qeyd edir ki, Kallas bu yolla Aİ ölkələrinin Hörmüz boğazının açılmasında maraqlı olmalarına baxmayaraq, ABŞ-ın hərbi kampaniyasına qoşulmaq istəmədiklərini əsaslandırıb.

Öz çıxışında Kallas bir daha təkrar edib ki, Aİ ölkələri Qırmızı dənizdəki "Aspides" hərbi-dəniz missiyasının mandatını Hörmüz boğazına qədər genişləndirmək niyyətində deyillər. Bu qərar Aİ xarici işlər nazirlərinin martın 16-da Brüsseldə keçirilən görüşündə rəsmi olaraq formalaşdırılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu