Aİ: İran Hörmüz boğazını bağlasa, ciddi təhlükə yaranacaq


Hörmüz boğazının İran tərəfindən bağlanması böyük təhlükə olacaq, ona görə də Avropa İttifaqı xarici işlər nazirləri münaqişənin diplomatik yolla həlli imkanlarını müzakirə edəcəklər.



AFN.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər nazirlərinin görüşünə gələrkən Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas deyib.



"Aİ xarici işlər nazirləri diqqətlərini diplomatik həll yoluna yönəldiblər. Onlar xüsusilə eskalasiya təhlükəsindən narahatdırlar, bunun nəticələri böyük ola bilər, xüsusən də İran tərəfindən Hörmüz boğazının bağlanması böyük təhlükədir və heç kim üçün yaxşı olmayacaq", - deyə o qeyd edib.



Bundan əlavə, Kallas respublikanın nüvə proqramının mümkün bərpasının qarşısını almaq üçün Avropa İttifaqı tərəfindən İrana qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqini təklif edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu