Kallas: Aİ-nin Kiyevə 40 milyard avroluq yardım planını təsdiqləməklə bağlı çoxlu problemləri var


Avropa İttifaqı Ukraynaya 40 milyard avro dəyərində yeni yardım tranşının ayrılması təklifini təsdiq etməzdən əvvəl bir çox detallar üzərində razılaşmalıdır.


AFN.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər naziri Kaja Kallas Aİ xarici işlər nazirlərinin iclasına gələrkən deyib. "Bu qərara ümumi siyasi dəstək var, lakin hələ razılaşdırılmalı olan bir çox detallar mövcuddur. Müdafiə nazirləri hələ də bu mövzuda çıxış etməlidirlər və biz onları dinləmək niyyətindəyik", - deyə o qeyd edib.

Eyni zamanda, Kallas martın 6-da bu planı da təsdiqləməyən Aİ sammitində onun mümkün qədər tez qəbul edilməsi qərarının verildiyini xatırladıb və qalan problemlərin ən qısa zamanda həllinə söz verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu