Fransa mətbuatı: ABŞ İranla birbaşa əlaqə yaratmağa hazırdır


ABŞ-ın dövlət katibi Marko Rubionun fransız həmkarı Jan-Noel Barroya ABŞ-ın istənilən vaxt İran rəsmiləri ilə birbaşa əlaqə qurmağa hazır olduğunu bildirdiyi iddia edilib.



Fransa mətbuatında yer alan xəbərlərə görə, Barrot və Rubio gecə saatlarında telefon danışığı apararaq İranın nüvə məsələsini müzakirə ediblər.



Fransız diplomatik mənbəyə əsaslanan məlumatda qeyd olunur ki, hər iki nazir İranın nüvə və ballistik raket proqramlarının İsrail və Avropa üçün təhlükə yaratdığını vurğulayıb.



Xəbərdə Rubionun fransız nazirə ABŞ-ın hər an İranla birbaşa əlaqəyə keçməyə hazır olduğunu dediyi irəli sürülüb.



Barrot isə amerikalı həmkarına bu gün İsveçrənin Cenevrə şəhərində keçiriləcəyi gözlənilən görüş barədə məlumat verib. Görüşdə Fransa, Almaniya, Böyük Britaniya və İranın xarici işlər nazirləri ilə yanaşı Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasın da iştirak edəcəyi gözlənilir.



Məlumata görə, Avropalı siyasətçilər həmin görüşdə İranın xarici işlər naziri Abbas Ərakçiyə ölkəsinin nüvə proqramı ilə bağlı diplomatik prosesə geri dönməsidanışıqları davam etdirməsi çağırışı edəcəklər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu