Əlcəzairdən Fransaya diplomatik cavab: 12 fransız diplomat deportasiya edilir


Əlcəzair Fransanın səfirlikdə işləyən 12 diplomatını deportasiya etmək qərarına gəlib.



Fransanın xarici işlər naziri Jan-Noel Barrot sözügedən diplomatlara ölkəni tərk etmələri üçün 48 saat vaxt verildiyini açıqlayıb. Bildirilir ki, hadisə Fransada üç Əlcəzair vətəndaşının saxlanılması ilə bağlıdır.

Nazir Barrot Əlcəzair səlahiyyətlilərini deportasiya qərarından imtina etməyə çağıraraq, "Bu qərar həyata keçərsə, dərhal cavab verməkdən başqa çarəmiz qalmayacaq" deyib.

Diplomatlar arasında Fransa Daxili İşlər Nazirliyinin əməkdaşlarının da olduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu