Kallas: AK-ya hərbi səlahiyyətlərin genişləndirilməsi təklif olunur


Son zamanlar keçirilən müdafiə nazirləri görüşləri Avropada hərbi koordinasiyanın gücləndirilməsinə ehtiyac olduğunu göstərir.

AFN.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas bildirib. O, Avropa Komissiyasının hərbi səlahiyyətlərini genişləndirməyə çağırıb.

"Avropada düşüncə tərzini dəyişmək lazımdır – müdafiədə milli yanaşmadan Avropa yanaşmasına keçid olmalıdır. Nazirlər hərbi imkanlar yaratmaq üçün ölkələrarası koalisiyalar qurmağı təklif edirlər, lakin Avropa Komissiyası bu işin koordinasiyasında və ortaq layihələr, satınalmaların həyata keçirilməsində kömək edə bilər" - deyə Kallas bildirib.

Diplomatın fikrincə, bəzi silah növləri çox mürəkkəb və baha başa gəldiyi üçün tək bir ölkə tərəfindən alınması mümkün deyil, buna görə Avropa Komissiyasının rolu əhəmiyyətlidir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu