Kaja Kallas Kiyevə səfər edib


Avropa İttifaqının ali diplomatı Kaja Kallas Kiyevə səfər edib.

AFN.az xəbər verir ki, Kaja Kallas səfərin məqsədinin Ukraynaya hərbi və maliyyə dəstək məsələlərini müzakirə etmək olduğunu bildirib. O, bu barədə X sosial platformasında paylaşım edərək qeyd edib:

“Bu gün Kiyevdəyəm — maliyyə və hərbi dəstək barədə danışıqlar aparmaq üçün” - deyə diplomat vurğulayıb.

Aİ rəsmisi həmçinin Ukraynanın enerji infrastrukturunun təhlükəsizliyi məsələlərinin də müzakirə olunacağını qeyd edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu