Aİ 2031-ci ilə qədər hərbi xərclərini 2 trilyon avro artıracaq
Avropa İttifaqı (Aİ) 2031-ci ilə qədər hərbi xərclərini 2 trilyon avro artırmaq niyyətindədir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Aİ-nin Xarici İşlər Xidmətinin rəhbəri Kaja Kallas Brüsseldə keçirilən forumda bildirib.
“Avropa İttifaqı 2031-ci ilə qədər hərbi xərcləri 2 trilyon avro artırmaq niyyətindədir”, - deyə diplomat qeyd edib.
O, həmçinin vurğulayıb ki, bu məsələdə çox israrlı mövqeyə malikdir və Aİ ölkələrini hərbi xərclərin daha da artırılmasına təhrik etməkdə davam edəcəyini bildirib.
