Yeni tikilən çoxmərtəbəli binanın yaratdığı problem - VİDEO


Yeni inşa edilən çoxmərtərtəbəli bina qonşuluqda yaşayan sakinlərin gediş-gəliş yolunu bağlayıb.

AFN.az xəbər verir ki, bu iddia ilə paytaxtın Nizami rayonu Rüstəm Rüstəmov küçəsi 86 ünvanında yerləşən 16 mərtəbəli binanın sakinləri "Xəzər Xəbər”ə müraciət ediblər.

Sakinlər bildirirlər ki, "Qismət MMC” tərəfindən inşası həyata keçirilən çoxmərtəbəli binalar 112 ailənin yaşadığı digər binanı blokadaya alıb. Belə ki, bu sakinlərin və nəqliyyat vasitələrinin hərəkət etdiyi 2 əsas yol şirkət tərəfindən tikinti məqsədilə bağlanıb. Onlar bildirirlər ki, hazırda istifadə edə bildikləri tək yolları həm ensizdir, həm də ağırtonnajlı yük maşınları keçdiyindən asfalt qatı tamamilə dağılıb. Bu səbəbdən sakinlər və maşınlar yoldan keçməkdə çətinlik çəkirlər.

Sakinlərin problemi bununla da bitmir. Onlar bildirirlər ki, yol olmadığına görə nə əraziyə yanğınsöndürən, nə təcili yardım avtomobili, nə də taksi girə bilir. Sakinlər onlara yolun verilməsi ilə bağlı şirkətə müraciət etsələr də aldıqları cavab həmişə eyni olub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu