Məşhur aktrisa Ancela Lensberi vəfat etdi


Dünyaca məşhur aktrisa Ancela Lensberi vəfat edib.

AFN xəbər verir ki, bu barədə onun övladı məlumat yayıb.

Aktrisa Los-Ancelesdəki evində dünyasını dəyişib.

Ancela Lensberi daha çox “Murder, She Wrote” serialının ulduzu kimi tanınıb.

Bu ekran işində o, detektiv hekayələr yazan və polisə qatilləri tapmaqda kömək edən yazıçı Cessika Fletçer obrazını canlandırıb.

Bu rola görə o, dörd "Qızıl Qlobus" alıb və 12 dəfə "Emmi" mükafatına namizəd olub.

Sözügedən serial 1984-cü ildən 1996-cı ilə qədər yayımlanıb.

Aktrisanın digər məşhur filməri içərisində "Doriam Qreyin portreti", "Gastlight" filmləri də var.

Bu filmlərə görə o, "Oskar" mükafatına namizəd olub, lakin mükafatı ala bilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu