Emmi mükafatçısı aktyor Andre Brauker vəfat edib


Emmi mükafatçısı amerikalı aktyor Andre Brauker 61 yaşında vəfat edib.


Mətbuat müşaviri Cennifer Allen məşhur aktyorun qəfil xəstəlikdən sonra dünyasını dəyişdiyini açıqlayıb.

Brauker 1998-ci ildə "Həmicid: Küçədəki həyat" serialındakı Frenk Pemblton roluna görə televiziya dünyasının Oskarı sayılan Emmi Mükafatını qazanıb.

2006-cı ildə "Oğru" serialı ilə ikinci Emmi mükafatını qazanan Brauker 11 Emmi mükafatına namizəd olub.

O 8 mövsüm "Brooklyn Nine-Nine" serialında Raymond Holt rolunda çəkilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu