Oskar mükafatlı rejissor Piter Verner vəfat edib


Oskar mükafatlı rejissor Piter Verner 76 yaşında vəfat edib.


"Deadline" saytında yer alan xəbərə görə, aortasının yırtılmasından sonra xəstəxanaya yerləşdirilən Verner ürəyində yaranan ağırlaşmalar səbəbindən dünyasını dəyişib.

Nyu-York əsilli rejissor 1971-ci ildə sənədli film istehsalı üzrə bakalavr və magistr dərəcələrini bitirdikdən sonra ilk filmi "Gizli və Axtarış"ı çəkdi. 1976-cı ildə "Buz Bölgəsində" adlı qısametrajlı filmi ilə Ən Yaxşı Qısa Film Oskarını qazanan Verner, uğurlu çəkilişləri ilə 4 dəfə Emmi mükafatına namizəd olub.

Verner, Bryus Uillisin rol aldığı "Moonlighting" başda olmaqla "Proof", "Bull", "Grimm", "Outsiders" və "Ice" kimi televiziya serialları ilə tanınırdı. Məşhur rejissor eyni zamanda ABŞ-ın 36-cı prezidenti Lindon Beyns Consonun həyatından bəhs edən "LBJ: The Early Years" və digər bir çox televiziya filmlərinə də rejissorluq edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu