Haluk Bilginer və Elizabet Moss eyni serialda


"The Handmaid's Tale" serialındakı rolu ilə dünya şöhrəti qazanan Qızıl Qlobus mükafatlı aktrisa Elizabet Mossun prodüseri və baş rol ifaçıxı olduğu "The Veil" serialı Türkiyədə çəkilib.


AFN.az Türkiyə mediasına istinadən xəbər veri ki, serialda türk aktyor Haluk Bilginer də rol alıb. Türkiyənin yeganə "Emmy" mükafatlı aktyoru Haluk Bilginerin rol aldığı serial biri casus, digəri isə terrorçu olan iki qadın arasındakı gərginlikdən bəhs edir.

Elizabet Moss Stiven Naytın hekayəsini yazdığı serial üçün iki ay Türkiyədə qalıb. O, "The Handmaid's Tale" serialındakı roluna görə Qızıl Qlobus qazanıb.

Qeyd edək ki, bu, qocaman aktyor Haluk Bilginerin ilk beynəlxalq layihəsi deyil. O, 80-ci illərdə şorgöz taksi sürücüsü rolunu oynadığı "East Enders" serialı ilə İngiltərədə tanış və sevilən simaya çevrilib.

Sitkomlardan dramlara qədər bir çox serialda rol alan Bilginer, puhutv-nin 12 seriyalı "Şəxsiyyət" serialında Agah Beyoğlu obrazına həyat verib. Bu rola görə Bilginer Beynəlxalq Emmi Mükafatlarında Ən Yaxşı Aktyor seçilib.

Bilginer, "Ben-Hur", "The International" və "Halloween" kimi bir çox xarici filmdə kinosevərlərin qarşısına çıxıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu