Çağatay Ulusoyun yeni serialdakı tərəf müqabili bəlli oldu - FOTO


Çağatay Ulusoyun baş rolu canlandıracağı "Kübra" serialında Aslıhan Malbora onun tərəf müqabili olacaq.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ulusoyun "OGM Pictures" üçün çəkiləcəyi "Kübra" adlı yeni serialın hazırlıqları sürətlə davam edir. Ölkənin ən yaxşı rejissorlarından olan Taylan Qardaşlar tərəfindən idarə olunacaq serial Afşin Kumun eyniadlı əsərindən qaynaqlanıb. Martın sonunda qurulacaq layihə "Netflix"də yayımlanacaq. Büşra Develi, Ahsen Eroğlu və Aytek Şayanın da rol alacağı serialda Çağatay Ulusoy Gökhan obrazına həyat verəcək. Məşhur aktyorla baş rolları bölüşərək Gökhanın məhəllədəki sevgilisi obrazını canlandıracaq aktrisa da bəlli olub.



"Üç Kuruş" serialındakı rolu ilə hər kəsi heyran edən Aslıhan Malbora "Kübra" filmindəki Merve obrazına həyat verəcək. Bu yaxınlarda təklif alan məşhur ulduz "Kübra" serialının 2-ci sezonunda da rol alacaq. Malbora daha sonra keçən il layihə müqaviləsi bağladığı "Ay Yapım" tərəfindən ona təqdim edilən layihələri qiymətləndirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu