Səhnədə halı pisləşib xəstəxanaya aparılan türk aktyordan xəbər var


Səhnədə vəziyyəti pisləşən və təcili yardımla xəstəxanaya aparılan məşhur türk aktyoru Haluk Bilginer tamaşaçıların qarşısına çıxıb. Bilginer səhhətilə bağlı açıqlama verib.


Ustad aktyor səhhətinin yaxşılaşması və həkimin icazəsi ilə dünən axşam saat 20:30-da Caddebostan Mədəniyyət Mərkəzində “Kundakçı” tamaşası ilə tamaşaçıları ilə görüşüb. "Habertürk"dən Volkan Özdemirin xəbərinə görə, səhnədən sonra verdiyi açıqlamada Bilginer "Kardiologiya baxımından dərsi keçdim. Ürəkdə problem yoxdur" - deyib.

"Kundakçı" adlı teatr tamaşasının bundan əvvəlki təqdimatında Haluk Bilginerin səhnədə qəfildən halı pisləşib. Caddebostan Mədəniyyət Mərkəzində tamaşanın ikinci pərdəsində 68 yaşlı Bilginerin təzyiqinin aşağı düşdüyü bildirilib. Ustad sənətçi çağırılan təcili yardım maşını ilə dərhal xəstəxanaya aparılıb. Edilən müayinələrdən sonra Bilginerin gecə evə buraxıldığı açıqlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu