“Postda ermənilərlə Azərbaycan dilində danışdıq” - Xankəndinə gedən həkim


“Xankəndiyə daxil olanda sevinc hissi keçirirdik”.


AFN.az xəbər verir ki, bunu Report-a Xankəndi-Laçın yolunda halı pisləşən Qarabağ ermənilərinə tibbi yardım göstərən Şuşa modul tipli xəstəxanasının həkimi Vilad Əliyev deyib.

“Bizə məlumat verildi ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissədən keçən ərazidə ermənilərin halı pisləşib. Dərhal iki təcili tibbi yardım avtomobili ilə hadisə yerinə yaxınlaşdıq. Dörd nəfərdən üçünün vəziyyəti nisbətən ağır idi”, - o, bildirib.

Həkimin sözlərinə görə, ermənilərə yerindəcə ilkin tibbi yardım göstərilib: “Daha sonra onları bizim nəzarətimiz altında Xankəndidə xəstəxanaya sağlam şəkildə çatdırdıq”.

“Xankəndiyə daxil olanda sevinc hissi keçirirdik. Postda ermənilərlə Azərbaycan dilində danışdıq. Erməni xəstələrin həyatını xilas etdik. Xəstəxanaya təhvil verdikdən sonra geri Şuşaya qayıtdıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu