İranda başını açan aktrisa ilə bağlı qərar verildi


İranda hakimiyyət ötən ay hökumət əleyhinə aksiyasılarla həmrəy olduğunu bildirdiyi üçün həbs edilən məşhur aktrisa Taraneh Alidoosti (Terane Alidusti) azadlığa buraxıb.


AFN.az xəbər verir ki, İranda Mahsa Eminin ölümündən sonra başlayan etiraz aksiyalarına "təhrik etmək" ittihamı ilə saxlanılan aktrisa Terane Alidusti şərti azadlığa buraxılıb.
Alidustinin anası Nadire Hekimullahi onun “İnstaqram” hesabında azadlığa çıxdığını bildirib. İranlı aktyorun vəkili səhər saatlarında aktrisanın sənəti müqabilində şərti azadlığa buraxılacağını açıqlayıb.
Qeyd edək ki, dünya şöhrətli iranlı aktrisa Alidusti ölkədəki etirazlara dəstək olaraq hicabsız fotosunu sosial şəbəkədə paylaşıb və dekabrın 17-də “rejim əleyhinə nümayişlərə dəstək verdiyi”, “həqiqətə uyğun olmayan fikirlər paylaşdığı” və “təhrik etdiyi” üçün saxlanılıb.

Leyla



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu